ABŞ 150-yə yaxın ölkədən mal idxalına 10-15 faiz rüsum tətbiq etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp “Real America” telekanalına müsahibəsində deyib.
“Biz qalan 150-yə yaxın kiçik ölkəyə də eyni tarifi tətbiq edəcəyik. Yəqin ki, 10 və ya 15 faiz olacaq. Hələ qərar verməmişik”, – o bildirib.
Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti 185 ölkə üçün yeni tarif sistemi tətbiq edib. /globalinfo.az/