Əsrlərdir dəyişməyən tək şey MÜHARİBƏ


Keçmişdən günümüzə əsrlər boyu dünayada müharibələr, savaşlar olub.Tarix boyu böyük imperiyalar, böyük sərkərdələr, xanlar, padşahlar, prezidentlər müharibələr ediblər.

Diqqət edirsinizmi adları, vəzifələri, statusları dəyişib amma tək bir düşüncə dəyişmir. Müharibə!Ya yeni torpaq almaq üçün ya da tarix boyu sənin olmuş torpağı düşmənindən almaq üçün savaşırsan. Yada zəif gördüyün ölkənin təbii sərvətlərini əldə etmək üçün müharibə edirsən.

Yalnız müharibə etməkdə o qədər asan deyil. Güclü ordu bunların ən başlıca örnəyidir. Güclü ordun, texinkan olmasa müharibədə heç bir güc göstərə bilmərsən və məğlub olarsan. İkincisi isə böyük və güclü ölkə və ölkələrlə dostluq etməli onlarla müttəfiq olmalı və onlara dəstək verib onların yanında olmalısan. Çünki əgər bir savaşa girəcəksənsə yanında dayanan dövlətlərin daima dəstək verməsi savaşın gedişatını dəyişdirə bilər.

Qurduğun strategiya, planlar qədər masada apardığın siyasətdə önəmli olmalıdır. Hazır cavab olmaq öz şərtlərini istəklərini bildirib sonuna qədər onların arxasında durmaq mühüm əhəmiyyət kəsb edir.

Ölkənin içində olan vətən xainlərini dərhal aradan qaldırmaq lazımdır. Bəlkə də neçə savaş belə xainlərin ucbatından məğlubiyyətlə nəticələnib. Qurduğun orduda və yaxud siyasi arenada ölkəni təmsil edəcək şəxs qətiyyətli, güvən verici və ən əsas vətənini sevən biri olmalıdır.

Təbii ki, əslində heç kim müharibənin olmasını istəməz. Sülh yolu ilə həll olması daha yaxşı olar lakin sənin torpağlarına göz dikən biri varsa müharibə qaçınılmaz olur.

Lakin silahsız insanlara yaşlılara, qadınlara, körpə uşaqlara qarşı törədilən müharibə deyil canilikdi vəhşilikdi!

Danışaraq həll olunacaq bir şey niyə qan tökərək həll edilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ