Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynaya İstanbulda qeyd-şərtsiz və birbaşa danışıqlara yenidən başlamaq təklifinin bir çox ölkə tərəfindən dəstəkləndiyini bildirib və uzun müddətli sülh yolu ilə həll yolları tapmaqda qərarlıyıq, deyib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.
Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda Ukraynaya qeyd-şərtsiz və birbaşa danışıqların davam etdirilməsini təklif etdiyini xatırladan Peskov: “Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli, problemin kök səbəblərinin aradan qaldırılması və davamlı sülhün təmin edilməsi məqsədi daşıyan bu yanaşma bir çox ölkə liderləri tərəfindən başa düşüldü və dəstəkləndi” deyib. ABŞ prezidenti Donald Trampın da Ukraynanı dərhal və qeyd-şərtsiz təklif olunan danışıqlarda iştirak etməyə çağırdığını bildirən Peskov, Putinin dünən prezident Rəcəb Tayyib Ərdoğanla bu mövzuda telefon danışığı apardığını xatırladıb.
"Ərdoğan danışıqların təşkili üçün əlindən gələni etməyə hazır olduğunu təsdiqləyib. Biz uzunmüddətli sülh yolu ilə həll yollarını tapmaqda qərarlıyıq" -deyə, Peskov bildirib.
Aytən Yaşar/ Turkustan.az