Moskva və Kiyev arasında mayın 15-də İstanbulda baş tuta biləcək sülh danışıqları Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyəti üçün ölüm hökmü olacaq.
Turkustan.az xəbər verir ki, bunu açıqlamasında Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov deyib .
"Sülh razılaşması Zelenski üçün ölüm hökmünə çevriləcək. Zelenskinin müharibə vəziyyətində dövlətə necə nəzarət etmək barədə mütləq anlayışı var. Lakin onun müharibə rejimindən çıxan ölkə ilə nə edəcəyi barədə heç bir fikri yoxdur"-deyə, keçmiş parlamentari deyib.
O əlavə edib ki, belə bir vəziyyətdə Zelenskinin sülh yolu ilə nizamlanmaya müqavimət göstərəcəyini gözləmək təbiidir, lakin ABŞ-ın Ukrayna liderinin ətrafına qarşı şəxsi sanksiyaları vəziyyəti dəyişə bilər.
Bildirək ki, mayın 11-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Kiyevə danışıqları bərpa etməyi təklif edib. O vurğulayıb ki, söhbət ilkin şərt olmadan birbaşa danışıqlardan gedir.
Aytən Yaşar/ Turkustan.az