ABŞ prezidenti Tramp Rusiya və Ukrayna görüşü ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları ilə bağlı bunları deyib: "Cümə axşamı (15 may) Rusiya və Ukrayna ilə keçiriləcək görüş çox vacibdir. Mən bu görüşün baş tutmasında çox israrlı idim. Düşünürəm ki, bu görüşdən yaxşı şeylər çıxa bilər".
Rusiya və Ukrayna rəsmilərinin verdiyi son açıqlamalarda mayın 15-i cümə axşamı İstanbulda danışıqlar üçün görüşmək barədə razılığın əldə edildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az