Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.
Turkustan.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar İdarəsi görüşlə bağlı açıqlama verib:
"Görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan görüş zamanı Rusiya və Ukraynanın birbaşa danışıqları bərpa etmək iradəsini son dərəcə əhəmiyyətli gördüyünü və Türkiyənin prosesin hər mərhələsində lazımı dəstəyi verməyə hazır olduğunu bildirib.
Prezidentimiz sülh danışıqları münasibətilə Rusiya və Ukrayna nümayəndə heyətlərini Türkiyədə qəbul etməkdən məmnun olacaqlarını əlavə edib".
Aytən Yaşar/ Turkustan.az