Avropanın atəşkəslə bağlı planları Donald Trampın Rusiya lideri Vladimir Putinin Türkiyədə danışıqlar ideyasını “ələ keçirməsi” ilə pozuldu.
Turkustan.az xəbər verir ki, bu barədə CNN-də yayımlanan analitik məqalədə deyilir.
“Sosial şəbəkələrdə Ağ Ev rəhbəri bəyan etdi ki, Putinə atəşkəs lazım deyil, o, danışıqlar istəyir. Amerika prezidenti daha sonra Ukrayna Prezidenti Vladimir Zelenskiyə “dərhal görüş keçirin!” deyə təzyiq edib. Ona görə də Ukrayna məsələsində Qərb dünyasının birliyi sarsıldı”, - deyə bildirib.
Eyni zamanda vurğulanır ki, mayın 10-da Böyük Britaniya, Fransa, Polşa və Almaniya liderləri Kiyevə toplaşıblar. Ukrayna və tərəfdaşları Rusiyadan 30 günlük atəşkəs tələb edib və bu ideya ABŞ tərəfindən dəstəklənib.