ABŞ-ın Ankaradakı səfirliyi terror təşkilatı PKK-nın ləğvi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan açıqlamada bu ifadələr yer alıb:
"Terrorçu qrupların tərksilah edilməsi hər zaman sivilizasiyanın qələbəsidir. PKK-nın ləğvi qərarı dönüş nöqtəsidir.
ABŞ dövlət katibi Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb və dəstəyimizi bir daha vurğulayıb.
Birləşmiş Ştatlar davamlı sülh və təhlükəsizliyə doğru irəliləyərkən NATO müttəfiqimiz Türkiyənin yanındadır. “Sivil dünyada terrorun gələcəyi yoxdur”.
Aytən Yaşar/ Turkustan.az