Türkiyədə Rəsuzladənin 140 iliyinə həsr olunmuş konfrans keçirildi - FOTOLAR


Məmməd Əmin Rəsulzadə - 140

Turan Kültür Mərkəzinin Süleymaniyyə şöbəsi 2023-2024-cü il tədbirləri çərçivəsində fevralın 10-da İstanbulda konfrans keçirdi. İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunda keçirilən konfransı professor Səbahəddin Şimşir və jurnalist Aynur İmran keçirdi.

Çıxış edən Aynur İmran iştirakçılara ictimai siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, tarixi şəxsiyyət, XX əsrdə Azəbaycanda müstəqillik hərəkatının simvolu Məmməd Əmin Rəsulzadə haqqında məlumat verdi. M.Ə.Rəsulzadənin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan başda olmaqla Türk dünyası birliyi və müstəqilliyi üçün mübarizəsini vurğuladı. Bildirdi ki, M.Ə.Rəsulzadə getmək məcburiyyətində qaldığı İran, Türkiyə, Almaniya və digər ölkələrdə böyük sevgi ilə qurduğu dərnək və partiyalar, nəşr etdirdiyi qəzet jurnallar, təşkil etdiyi və ya iştirak etdiyi tədbirlər təqdim etdiyi məlumatlar, yazdığı kitablar vasitəsilə ömrünün sonuna kimi yorulmadan, boyun əymədən Azərbaycana xidmət edib.

O, qeyd etdi ki, İslam milliyyətçiliyi yerinə Türk milliyyətçiliyi irəli sürən siyasi lider 1915-ci ildə nəşr olunan "Açıq söz" qəzetində ilk dəfə "müsəlman", "tatar" sözlərininin yerinə "Türk" kəlməsindən istifadə etdi. "Biz türkük!" deyən M.Ə.Rəsulzadə bununla da "ümmət" və "millətçilik" çağının başladığını elan etmiş oldu.

Çıxışçı, M.Ə.Rəsulzadənin çok kritik və çətin şərtlərə rəğmən 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quran və iki ilə yaxın müstəqil yaşadaraq, bütün təməl strukturları yaradaraq bir ilkə imza atdığını bildirdi: "O, Sovet işğalı dövründə yurdundan uzaq yaşadığı dövrdə də qurduğu ölkənin bir gün yenidən müstəqillik qazanacağına inamını itirmədən, Azərbaycan türklərinin milli şüurunun və azadlıq ruhunun yaşaması üçün önlərində dalğalanan bir bayraq olan Rəsulzadənin başda Azərbaycan olmaqla Türk Dünyasında düşüncə ülküləriylə*** parıldayan bir ulduz olmağa davam edəcək".

Konfransın digər çıxışçısı Balıkəsir Universiteti Ümumi Türk Tarixi Anabilim başqanı, Rəsulzadə irsinin tədqiqatçısı, professor Səbahəddin Şimşir M.Ə.Rəsulzadənin Türkiyə və Avropadakı yaşamı və mübarizəsiylə bağlı məlumat verdi. O, M.Ə.Rəsulzadənin həyatının böyük bir hissəsini ölkəsindən kənarda keçirmək məcburiyyətində qaldığını bildirdi. Bu dövrü "İran dövrü", "Türkiyə dövrü - Avropadan əvvəl və sonra", "Avropa dövrü" olaraq qiymətləndirdi.

XX əsrin əvvəllərində milli mübarizəylə birlikdə sosialist fikirlərin də təsirində olan Məmməd Əmin, 1905-ci il müharibəsindən sonra Rusiyanın ziyalı və liderlərinə bu düşüncələriylə birlikdə Rusiyada yaşamaq hüququnun verilməsindən sonra İrana keçdiyini nəzərə çatdırdı: "Burda da eyni qətiyyətlə Rusiyaya qarşı apardığı azadlıq mübarizəsi səbəbiylə Rus hökumətinin İrana təzyiqinə görə Türkiyəyə getmək məcburiyyətində qaldı. Bu, Rəsulzadənin həyatında dönüş nöqtəsi idi".

Professor, 1911-ci il Balkan Müharibəsinin nəticələrinin Osmanlı türklüyü üzərində təsirinə şahidlik edən M.Ə.Rəsulzadənin Yusuf Akçura, Ayaz İshaki kimi türk ziyalılarla paylaşdığı mühitdə türkçülük fikirləri daha da çoxaldığını dedi: "Onun "Türk yurdu" və "Səbilül-Rəşad" dərgilərində yazdığı məqalələrdə Türkiyə ziyalılarına və cəmiyyətə Azərbaycan başda olmaqla dış türkləri tanıtdırırdı. İlk Turan şeirini Əli bəy Hüseynzadə yazsa da türk ziyalıların düşüncəsinə Turan fikrini salan M.Ə.Rəsulzadə idi".

Qeyd etdi ki, kommunist sistemin hakimiyyətə gəlməsi, M.Ə.Rəsulzadənin ölüm təhdidi alması, Stalinin fikrini dəyişə bilmək məqsədiylə onu Moskvaya aparması, ordan tatarların köməyilə Finlandiyaya, sonra isə Almaniya və 1922-ci ildə Türkiyəyə gəlməsi və burada Azərbaycan türklüyünü oyandırmaq yolundakı işləri çox dəyərlidir. O, çıxışında M.Ə.Rəsulzadənin bir müddət Türkiyədən ayrılmaq məcburiyyətində qalması səbəblərinə də toxunaraq bu mövzuda fikirlərini bildirdi.

Vurğuladı ki, 1928-1947-ci illərdə Avropada qalan zaman da Azərbaycan və Türk Dünyası üçün mühüm işlər gördü. Keçirilən konfranslar, dərc olunan dərgi və kitablar olduqca mühüm işlər idi. Rəsulzadənin İkinci Dünya Müharibəsi illərində yaşadığı çətinliklərə baxmayaraq, milli əqidəsini yaymaq və yaşatmaq mübarizəsi nümunələrini diqqətə çatdırdı, bunu misilsiz bir xidmət kimi dəyərləndirdi.

O, çıxışını Türkiyədə M.Ə.Rəsulzadə tədqiqatları mövzusunda apardığı bəzi paylaşımlarla davam etdirərək bitirdi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ