Kreml bəyan edib ki, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında görüşdən əvvəl iki ölkənin xarici işlər nazirləri Rubio və Lavrovun görüşüb bir neçə məsələni həll etməli olacaqlar.
Turkustan.az xəbər verir ki, Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında sammit iki həftə və ya daha sonra baş tuta bilər, lakin dəqiq tarix təyin edilməzdən əvvəl hələ çox iş görülməlidir.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio sammitə qədər bir çox məsələləri həll etmək üçün bir-birlərinə zəng etməli və görüş təşkil etməlidirlər.
Tramp və Putin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni sammitin keçirilməsi barədə razılığa gəliblər.
Tramp və Ukrayna prezidenti Zelenski arasında görüş ərəfəsində və Vaşinqtonun Kiyevə “Tomaqavk” qanadlı raketlərini verməyi düşündüyü bir vaxtda atılan bu sürpriz addım iki liderin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni sammitdə razılığa gəlməsinə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az