Ən böyük mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir. Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da “Hesablama riyaziyyatı” kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet- iqamətgah yaradılıb.
Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri sabiq millət vəkili Etibar Əliyev qeyd edib.
O bildirib ki, R.Mehdiyevanın ixtisasca zooloq olan qızı BDU-da 2010-cu ildən “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiridir:
"Ona da xüsusi kafedra-iqamətgah yaradıblar".
E.Babayev bildirib ki, Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev və qurumun İcraçı direktoru Elçin Babayev olduğu dönəm çox ciddi yoxlanılmalıdır.