Almaniyanın xarici işlər naziri Johann Wadephul Türkiyəyə səfəri öncəsi verdiyi açıqlamada, Ankaranın Yaxın Şərqdə vasitəçi kimi oynadığı rolu yüksək qiymətləndirib.
Turkustan.az xəbər verir ki, “Türkiyə Qəzza üçün tarixi atəşkəsin əldə olunmasında mühüm rol oynayıb,” – deyən Vadephul, bu əməkdaşlığın regional sabitlik baxımından önəmli olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, xarici siyasətdə Türkiyə ilə əməkdaşlıq üçün geniş potensial mövcuddur: “Türkiyə sülh planını dəstəkləyən və HƏMAS-a təzyiq göstərməyə davam etməsini gözlədiyimiz önəmli bir ölkədir. Girovların azad edilməsi və atəşkəsin əldə olunması kimi, bir neçə həftə əvvəl mümkünsüz görünən nəticələrə nail olunub.”
Aytən Yaşar/ Turkustan.az