Suriyanın havadan hücumundan müdafiə sistemləri (HHM) Dəməşq üzərində raket hücumlarını dəf edir.
Turkustan.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
***
İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Mazze rayonunda yaşayış binasına zərbə endirib.
Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Məlumata görə, zərbənin endirildiyi ərazinin yaxınlığında İran səfirliyi binası yerləşir.
***
İsrailin Suriya paytaxtının Mazze məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.
Bu barədə Suriya Müdafiə Nazirliyininin məlumatında deyilir. /axar.az/