Ukrayna Moskvanı PUA-larla atəşə tutdu – Ölən və yaralılar var


Moskva və Moskva vilayətinə hücum cəhdi zamanı ən azı 14 pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Turkustan.az TASS-a istinadla xəbər verir ki, Ramenskoyedə 46 yaşlı qadın ölüb, daha bir neçə nəfər yaralanıb.

Qeyd olunub ki, Rusiyanın digər bölgələrində onlarla PUA məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir gecədə 9 rayonda Ukrayna Silahlı Qüvvələri tərəfindən atılan 144 PUA məhv edilib. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ