Türkiyə yaxın illərdə mütləq NATO-dan çıxacaq - ya öz təşəbbüsü ilə, ya da ittifaqdan məcburi şəkildə çıxacaq.
Turkustan.az xəbər verir ki, bu iddia ilə Ankaranın BRİKS-ə qoşulmaq niyyətini şərh edən türkiyəli politoloq Serhat Lətifoğlu çıxış edib. "Bu, mütləq baş verəcək, biz bunu yaxın gələcəkdə görəcəyik", - analitik bildirib.
Eyni zamanda Lətifoğlu qeyd edib ki, Türkiyə BRİKS-ə qoşularsa, bu, NATO ölkəsinin təşkilata üzv olmasının görünməmiş nümunəsinə çevriləcək. "BRİKS və Türkiyənin xarici siyasət və iqtisadiyyatla bağlı əsas prinsipləri tamamilə eynidir", - o əlavə edib.
Daha əvvəl Türkiyə BRİKS-də tam iştirak üçün müraciət edib. Aİ də Türkiyənin qoşulmaq üçün blokları seçməkdə azad olduğunu bildirib. (publika.az)