Beynəlxalq ekspertlər də Türkiyənin regional liderliyini vurğulayırlar. Amerikalı akademik Adam McConnell Qəzza üçün vasitəçilik etmək üçün ən uyğun ölkənin Türkiyə olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, İsrail fələstinlilərə qarşı soyqırımını davam etdirir. O, bu cinayəti törədərkən ABŞ-ın da dəstəyini alır.
Bayden administrasiyasının Qəzzada atəşkəslə bağlı bəyanatları səmimi hesab edilmir.
Məlumdur ki, Vaşinqton hərbi, siyasi və diplomatik münasibəti və ritorikasına görə atəşkəsə vasitəçilik edə bilmir. Bu nöqtədə bölgədə sülhün təmin edilməsində diqqət Türkiyəyə yönəlib.
“Amerika rəsmiləri İsraili cilovlaya bilməz”
Türkiyənin vasitəçilik rolunun güclü olması ilə bağlı fikir getdikcə güclənir.
Amerikalı akademik Adam McConnell deyib ki, “Amerika rəsmiləri İsraili siyasi cəhətdən cilovlaya bilməz”.
O, Vaşinqtonun vasitəçi olacağı ilə bağlı iddiasını gülünc hesab edib. McConnell bu nöqtədə Türkiyənin vasitəçi ola biləcək yeganə ölkə olduğuna diqqət çəkib.
O bildirib ki, Qəzzada atəşkəs üçün vasitəçi rolunu yerinə yetirmək üçün yalnız Türkiyənin imkanları var.
"Vəziyyətə qarışan bütün aktyorlar Türkiyənin susqun rolundan xəbərdardırlar", - MakKonnell bildirib.
Amerikalı akademik əlavə edib ki, ABŞ-dan başqa İsrailə yardım edən bütün dövlətlər Türkiyənin vasitəçilik imkanlarını qəbul edir.
Eltac Zülfüqaroğlu/Turkustan.az