“Moskvanın Vaşinqtona birtərəfli güzəştlərə hazır olduğu dövr keçmişdə qalıb”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini şərh edərkən deyib.
“Vaşinqtonu sakitləşdirmək üçün heç bir paylama, hədiyyə, güzəşt və ya jest yoxdur. Yenə də bizim üzərimizə birtərəfli qaydada yalnız onların xeyrinə olan nəyisə sırımağa cəhd etsələr, o zaman heç bir razılaşma olmayacaq”, – o qeyd edib./Globalinfo.az