Türkiyə Rusiyada ikinci "Crocus" terrorunun qarşısını aldı - İlginc detallar


Türkiyə Rusiyaya Crocus City Hall-a hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzeti bildirib.

Qəzetin yazdığına görə, Ankara İŞİD-Xorasan yaraqlılarının izdihamlı ticarət mərkəzinə hücum etmək planları ilə bağlı Moskvaya xəbərdarlıq edib. Məqalə müəllifinin fikrincə, Qərbin bununlabirbaşa əlaqəsi var.

"Dünya İŞİD-Xorasan terror təşkilatı haqqında Moskvadakı terror aktından sonra xəbər tutudu. Əslində isə terrorçular buna qədər bir çox hücumlar, məsələn, Əfqanıstanda və onun hüdudlarından kənarda məscidlərdə terror aktları təşkil edib.

İŞİD-Xorasan qruplaşması 2014-cü ilin sonunda Əfqanıstanın şərqində yaranıb və həddindən artıq qəddarlığı ilə seçilib. "Xorasan" adının müasir İran, Türkmənistan və Əfqanıstan ərazilərinin bir hissəini əhatə edən qədim bölgənin adından göturulub", - məqalədə deyilir.

Bu təşkilatın üzvləri aşağıdakı terror aktlarını törədiblər:

- Əfqanıstanda çinlilərin yaşadığı otelə hücum;

- İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin ölümünün ildönümündə İranın Kirman şəhərində terror aktı;

- Türkiyədə 28 yanvar 2024-cü ildə iki İŞİD terrorçusunun Sarıyerdəki Müqəddəs Məryəm kilsəsinə hücumu;

- Rusiyada Crocus City Hall konsert zalına hücum. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ