Yeni Kaledoniyada 2 məktəb yandırıldı


Fransanın Hind-Sakit Okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada iki məktəb yandırılıb, biri talan edilib.

Turkustan.az xəbər verir ki, Yeni Kaledoniyada zorakılıqlar davam edərkən , paytaxt Noumea meri Sonia Lagarde qonaq olduğu BFMTV kanalında adada baş verən son hadisələrdən danışdı.

Noumea'da gecənin sakit olmadığına diqqət çəkən Laqard, adada iki məktəbin yandırıldığını, bir məktəbin talan edildiyini bildirib.

Böyük bir iş yeri və avtosalonda 300 avtomobilin yandırıldığını ifadə edən Laqard adaya gələcək Fransa prezidenti Emmanuel Makronu Konqresi çağırmamağa çağırıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, dünən Yeni Kaledoniyaya qarşı misli görünməmiş kiberhücum edilib.

Ciddi ziyan vurmadan dayandırılan hücumun arxasındakı İP ünvanların əksəriyyətinin Rusiya mənşəli olduğu bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ