Tiflisdə növbəti etiraz: Xüsusi təyinatlılar yeridildi


Tiflisdə parlament binasının girişi qarşısında etirazçılarla polislər arasında növbəti qarşıdurma baş verib.

Turkustan.az xəbər verir ki, əsasən “Yeni” partiya nümayəndələri olan etirazçılar deputatların və parlament əməkdaşlarının iş yerlərini tərk etmələrinin qarşısını almaq üçün binanın girişində mövqe tutublar.

Polis onlardan ərazidən uzaqlaşmalarını tələb edib, lakin etirazçıların buna məhəl qoymaması səbəbindən tərəflər arasında qarşıdurma yaşanıb. Həbslər barədə məlumat verilmir.

Qeyd edək ki, Tiflisdə ötən gecədən “xarici agentlər haqqında” qanuna etiraz olaraq mitinq keçirilir.

***

Tiflisdə parlament binası qarşısına xüsusi təyinatlı qüvvələr yeridilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ