Şimali Koreyada müharibə hazırlıqları: Sərhəddə minalar qoydular


Şimali Koreya Demilitarizasiya Bölgəsindəki yollara minalar qoyub.

Turkustan.az xəbər verir ki, Şimali Koreya iki Koreyanı birləşdirən və Demilitarized Zone (DMZ) daxilində yerləşən yollara minalar qoyub.

Yonhapdakı xəbərə görə, Cənubi Koreyadan olan hərbi səlahiyyətlilər, Şimali Koreyanın iki Koreyanı birləşdirən və DMZ daxilində yerləşən yollara mina qoyduğunu təsbit etdiklərini açıqlayıb. Bu, Şimali Koreyanın iki ölkə arasında sərhədyanı yolların bağlanması çərçivəsində atdığı son addımlardan biri idi.

Keçən il Şimali Koreyanın iki ölkə sərhədində, Çeorvondakı Arrowhead təpəsi yaxınlığındakı DMZ daxilində yollara mina qoyduğu müəyyən edilib.

Bu ilin yanvarında Şimali Koreya lideri Kim Çen In sərhəddə iki ölkə arasında bütün kommunikasiyaların kəsilməsi, o cümlədən Gyeongui magistralının bağlanması üçün kəskin tədbirlərin görülməsinə göstəriş verib.

18 aprel 2024-cü ildə Şimali Koreya 2004-cü ildə qurulan və sonradan Koreyalararası barışıq prosesinin bir hissəsi olaraq ləğv edilən Kaesong Sənaye Kompleksindən Kumqanqsan dağına qədər olan yollardakı küçə işıqlarını söküb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ