İranın "hələ istifadə olunmamış" silahı: blef, yoxsa reallıq?


“Düşünmürəm ki, İranda qeyri-adi silah istehsal oluna və ondan İsrailə qarşı istifadə etməyələr. Əgər bir dövlət başqa bir dövlətə hücum edirsə, o zaman ən müasir silahları işə salıb həmin dövləti zəiflətmək istəyir”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov İranın İsrailə "hələ istifadə ediməmiş silahla zərbə endiricəyinə" dair xəbəri şərh edərkən deyib.

O, İranın yeni silahlara malik olmasına inanmadığını bildirib:

“İran yeni silahlarını üzə çıxaracağını bildirir. Amma mən bunu inandırıcı saymıram. Çünki istənilən dövlət münaişə zamanı əlində olan bütün imkanları, hərbi potensialı ortaya qoymağa çalışır. Əslində bu cür anoloji vəziyyəti Rusiya-Ukrayna müharibəsində də görmüş olduq. Rusiya Müdafiə Nazirliyi əlində olan yeni silahları hələ ki, istifadə etmədiyini bildirmişdi. Amma sonra gördük ki, Koreyadan silah-sursat alırlar”.

Qeyd edək ki, İran, İsrail ona hücum edərsə, növbəti zərbələri istifadə olunmamış silahlarla həyata keçirəcəyini bildirib.


MANŞET XƏBƏRLƏRİ