Bayden "Ukraynaya dəstəyi" vurğuladı


ABŞ prezidenti Bayden və Çexiyanın baş naziri Petr Fiala Ağ Evdə görüş zamanı “ABŞ və Avropanın Ukraynaya birgə dəstəyinin vacibliyini” vurğulayıblar.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Bayden Çexiyanın baş naziri Fialanı Ağ Evdə qəbul edib və iki lider regional məsələləri müzakirə ediblər. Oval Ofisdə mətbuat mənsubları üçün gündəmi qiymətləndirən Bayden və Fiala, əsasən, Ukraynaya dəstəyin vacibliyinə diqqət çəkib və bu mövzuda iki ölkənin əməkdaşlığının necə artırıla biləcəyinə diqqət çəkiblər.

ABŞ Nümayəndələr Palatasında hələ də gözlənilən Ukraynaya dəstək paketinə işarə edən Bayden, Avropadakı bəzi ölkələrin bu mövzuda daha çox təşəbbüs göstərə biləcəyini və ABŞ-ın bu ölkələrə dəstək verə biləcəyini bildirib.

Bayden və Fiala İsrailə qarşı hücuma keçən İrana birgə reaksiya göstərsələr də, hər iki şəxs İsraili dəstəklədiklərini bildiriblər.

Fiala ABŞ-ın Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropaya daha çox LNG qazı göndərməsinin vacib olduğunu vurğulayaraq, bu mövzuda Baydenlə məsləhətləşdiklərini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ