Ərdoğanın başçılığı ilə Nazirlər Kabineti toplanır: Gündəm Yaxın Şərqdə artan gərginlikdir


Prezident kabineti təxminən bir ay yarımlıq fasilədən sonra gərgin gündəmlə görüşəcək. Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün ən qaynar mövzusu İran-İsrail gərginliyidir. Türkiyə Yaxın Şərqdəki prosesləri yaxından izləyir.

Turkustan.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında İranın İsrailə qarşı addımından sonra bölgədə artan gərginliyi azaltmaq üçün həyata keçirilən diplomatik trafiklə bağlı qiymətləndirmə aparılacaq. Regiondakı vəziyyət və Türkiyə üçün təhlükəsizlik təhdidləri müzakirə olunacaq.

Bundan əlavə, Qəzzada dərhal atəşkəsin təmin edilməsi və fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İclasın digər mövzusu Türkiyənin terrorla mübarizə əməliyyatları olacaq. Nazirlər Kabinetində Suriya və İraqın şimalında terrorçuların hədəflərinin məhv edilməsi üzrə davam edən əməliyyatlar müzakirə olunacaq. Ərdoğanın bu ay İraqın paytaxtı Bağdada edəcəyi rəsmi səfərə hazırlıq müzakirə olunacaq.

Nazirlər Kabinetinin iclasında Ortamüddətli Proqram və 12-ci İnkişaf Planı çərçivəsində həyata keçirilən iqtisadi proqramdakı son vəziyyət də dəyərləndiriləcək. Proqramın əsas məqsədi olan inflyasiyanın daimi azaldılması üçün görülə biləcək əlavə tədbirlər müzakirə olunacaq.

On minlərlə müəllim namizədi hökumətdən gələcək təyinat xəbərlərini gözləyir. İlin ilk müəllim təyinatı ilə bağlı kadr bölgüsü və təqvimlə bağlı araşdırmaların da kabinetdə gündəmə gətiriləcəyi gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ