Tokayev İrəvana bunu hədiyyə etdi


Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkənin Matenadaran Əlyazmalar Elmi-Tədqiqat İnstitutuna heykəltəraş Eduard Kazaryanın əsərini hədiyyə edib.

Turkustan.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tokayev Ermənistana rəsmi səfəri çərçivəsində institutda olub. Onu Ermənistan parlamentinin sədri Alen Simonyan və təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan müşayiət edib.

Tokayev instituta Almatıda anadan olmuş Kazaryanın bürüncdən hazırladığı "Hava şarı evi" əsərini hədiyyə edib.

Matenadaranın direktoru Ara Xzmalyan öz növbəsində Qazaxıstan rəhbərinə ingilis dilində girişi olan nadir qıpçaq əlyazmasının (erməni dilində yazılmış) nüsxəsini təqdim edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ