Ermənistan üçün daha dəhşətli plan müzakirə edilir – Rusiyalı politoloq


“Hazırda müxtəlif dairələrdə Ermənistanın tədricən ukraynalaşdırılması ssenarisi müzakirə olunur”.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq, tarixçi Sergey Panteleyev deyib.

O, Ermənistanda Rusiya verilişlərinin bloklanmasının anti-Rusiya təbliğatının nəticəsi olduğunu bildirib:

“İrəvanda olarkən Ermənistan-Rusiya münasibətlərinin mediada işıqlandırılması məsələsinin necə deqradasiyaya uğradığını müşahidə etdim. Hazırda erməni mətbuatında yayımlanan bir sıra verilişlərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğunun arzuolunmaz hesab edilməsi vurğulanır”.

Politoloq Ermənistanla bağlı “ikinci Ukrayna” ssenarisi fikirlərini şərh edib:

“Bu gün Ermənistan üçün Moldova ssenarisinin təkrarlandığına dair iddialar səsləndirilir. Lakin ən dəhşətlisi odur ki, hazırda Ermənistanın tədricən ukraynalaşdırılması ssenarisi daha aktiv şəkildə müzakirə olunur. İstər Rusiya Federasiyasında, istərsə də Ermənistan Respublikasında bütün qüvvələr bunun qarşısını almağın yollarını axtarmalıdır”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ