SON DƏQİQƏ: Moskvada növbəti terror təhlükəsi!


Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, – agentliyə məlumat verilib.

Qeyd olunub ki, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ