Səhnədə şov göstərən bəylə gəlin yüksəklikdən yerə çırpıldılar - VİDEO


Hindistanın Çhattisqarh əyalətinin Raipur şəhərində toyda səhnə şousu nümayiş etdirən bəylə gəlin mindikləri yelləncəkdə ipin qopması nəticəsində metrlərlə hündürlükdən yerə çırpılıb.

Hindistanın Çhattisqarh əyalətinin Raypur şəhərində keçirilən toyda bəy və gəlin yelləncəklər, rəqqaslar və vulkanlarla səhnədə çıxış etmək istəyiblər.

Veriliş zamanı bəylə gəlinin mindiyi yelləncəyin kəndiri qoparaq, cütlük təxminən 4 metr hündürlükdən yerə çırpılıb. Cütlüyün yıxıldığını görənlər qışqırarkən, çoxları kömək üçün səhnəyə axışıb.

Qəza nəticəsində cütlüyün yüngül xəsarət aldığı bildirilib.

Mənbə:haberglobal.com.tr

Hazırladı:Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ