İrəvanda bomba həyəcanı - Metro, parlament, hərbi obyektlər


İrəvanda metroya bomba qoyulması ilə bağlı həyəcan siqnalından sonra sərnişinlər təxliyə edilib.

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Hadisə yerinə xilasedicilər və kinoloqlar ibarət briqadalar gedib. Təhlükəsizlik məqsədilə təxliyə işləri aparılır. Bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olmasından sonra metronun hərəkəti dayandırılıb.

Həmçinin parlamentə, hərbi və mülki obyektlərə də bomba qoyulması ilə bağlı məlumat daxil olub /anews.az/


MANŞET XƏBƏRLƏRİ