2025-ci ilin iyununda Rusiya işğalçı qüvvələri yeni hücuma keçə bilər. Ukraynanın üç bölgəsi təhlükə altındadır: Xarkov, Sum və Dnepropetrovsk.
Turkustan.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Niko Lange “Bild”ə açıqlamasında deyib.
Ekspertin fikrincə, Rusiya lideri Vladimir Putinin heç vaxt sülh bağlamaq məqsədi olmayıb:
“Rusiya rəsmi olaraq “ilhaq edilmiş” dörd bölgədən başqa, danışıqlar üçün yeni problemlər yaratmaq məqsədilə Sum və Xarkov vilayətlərində irəliləməyə çalışacaq”. /axar.az/