“The New York Times” (NYT) qəzetinin məlumatına görə, ABŞ və İsrail hərbçiləri ABŞ-da 3 noyabrda keçiriləcək ara seçkilərdən sonra İrana qarşı yeni hücumlar həyata keçirmək üçün “konkret planlar” hazırlayıblar.
Turkustan.az xəbər verir ki, qəzetə danışan və adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, ABŞ-ın müdafiə naziri Pit Hegset bu həftə İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahu ilə yeni hücum planlarını müzakirə edib.
Mənbələr vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın bu ayın sonunadək hərbi əməliyyatlara başlamaq barədə qərar vermək ehtimalı var. Rəsmilərdən birinin sözlərinə görə, Tramp “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq” məqsədilə bütün mümkün variantları masada saxlayır.
Aytən Yaşar/ Turkustan.az