Rusiya Silahlı Qüvvələrinin əsgərləri şimali Xarkov bölgəsində təxminən 1700 Ukrayna əsgərini mühasirəyə alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, "Şimal" qrupunun bölmələri Varvarivka, Malaya Vovça və Nefedovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini mühasirəyə alıb.
Həmçinin qeyd olunur ki, düşmən mühasirədən çıxmaq üçün heç bir cəhd göstərməyib.
Bir gün ərzində Ukrayna Silahlı Qüvvələri arasında itkilər 40 nəfər, bir zirehli döyüş maşını, iki pikap və üç ATV təşkil edib./publika.az