ABŞ-ın Kaliforniya ştatından olan Demokrat senator Adam Şiff müsəlmanların ölkəni tərk etməsi ilə bağlı çağırışa sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Şiff ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında məsələ ilə bağlı paylaşım edib.
Ötən həftə sonu Los-Ancelesdə keçirilən Yəhudi-Amerika Zirvəsində Mosab Həsən Yusif “ABŞ-da müsəlmanların olmasını istəmirəm. ABŞ-dan çıxın” deyə çağırış edib.
Şiff isə buna cavab olaraq amerikalıların müxtəlif dinlərə və mənşələrə mənsub olduğunu vurğulayıb.
“Müsəlman amerikalılar icmalarımızın və ölkəmizin təməl hissəsidir. Mən müsəlman qonşularımızla həmrəyəm və bu nifrət dolu fanatizmi qətiyyətlə pisləyirəm”, – senator bildirib.
Aytən Yaşar/ Turkustan.az