Husilər Səudiyyə Ərəbistanının PUA-nı vurduqlarını açıqlayıblar


Yəmənin “Ənsar Allah” hərəkatı ölkə səmasında Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” kəşfiyyat və hücum PUA-sını vurub.

Bu iddianı hərəkatın hərbi sözçüsü Yəhya Saria səsləndirib.

"Yəmən silahlı qüvvələri düşmən missiyasını yerinə yetirərkən Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” kəşfiyyat pilotsuz təyyarəsini vura biliblər", - o bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarə bu səhər ölkənin cənub-qərbindəki Taiz əyalətindəki Maqbanna rayonunun hava məkanında vurulub.

Səudiyyə


MANŞET XƏBƏRLƏRİ