Ukrayna heç vaxt “Patriot” üçün raket istehsal edə bilməyəcək


Ukrayna heç vaxt “Patriot” sistemi üçün PAC-3 raketlərini istehsal etməyəcək. Hətta lisenziyalar verilsə belə, bu raketlər Ukraynada deyil, Almaniyada istehsal olunacaq.

Turkustan.az xəbər verir ki, bunu hərbi analitik Dmitri Sneqirev bildirib.

“İstehsal etməyəcəyik. Bu, əvvəldən aydın idi. ABŞ tərəfinin əsas tələbi ondan ibarətdir ki, hətta lisenziyalar verilsə belə, istehsal Ukraynada deyil, Almaniya ərazisində həyata keçirilsin. Təhlükəsizlik amilini də nəzərə alsaq, söhbət Rusiyanın eyni aerobalistik zərbə vasitələri ilə istehsal müəssisələrini məhv etmək imkanından gedir”, – deyə o söyləyib.

Onun sözlərinə görə, ikinci səbəb Ukraynada müvafiq istehsal bazasının və kifayət qədər ixtisaslı işçi qüvvəsinin olmamasıdır.

Bundan əlavə, Rusiya raketlərinin davamlı zərbə təhlükəsi ilə yanaşı, Vaşinqtonda PAC-3 raketləri ilə bağlı texniki sənədlərin korrupsiyaya uğramış məmurlar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının əlinə keçə biləcəyindən də ehtiyat edirlər.

“ABŞ, xüsusilə də Tramp, məlumat sızması, yəni PAC-3 raketləri ilə bağlı sənədlərin Rusiya tərəfinə ötürülməsi ehtimalı ilə bağlı narahatlıqların olduğunu bəyan edib”, – analitik deyib. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ