Finlandiya Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-tutucular vermək niyyətində deyil. Bu addım ölkənin milli maraqlarına ziddir.
Turkustan.az xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Antti Hakkanen deyib.
“Biz müttəfiqlərimiz naminə əlimizdən gələni etmişik. Lakin Rusiya ilə birbaşa sərhəddə yerləşən bir dövlət olaraq, öz hava hücumundan müdafiə hazırlığımızı və təhlükəsizliyimizi riskə ata bilmərik”, - nazir bildirib. /axar.az/