Miqrant böhranı: Sançesdən AB ölkələrinə çağırış


İspaniya Baş naziri Pedro Sançez Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyenə miqrant böhranı ilə bağlı məktub ünvanlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Sançez məktubunda Seutadakı hadisələrdən sonra bəzi AB dövlətlərinin İspaniyaya qarşı mövqeyi tənqid olunub.

Eyni zamanda baş nazirin AB-yə üzv dövlətlərin daxili işlər nazirlərinin iştirakı ilə görüş tələb etdiyi də vurğulanıb.

Qeyd edək ki, son 30 saat ərzində 69 min 500 miqrant Mərakeşdən Seuta şəhərinə soxulub. Miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı da 67 nəfərə çatıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ