İran: Hörmüz boğazı yenidən açılmayacaq


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı fəaliyyətini davam etdirməsi halında Hörmüz boğazının yenidən açılmayacağını bəyan edib.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, SEPAH bununla bağlı yazılı açıqlama yayıb.

Bəyanatda bildirilir ki, Hörmüz boğazı İranın nəzarəti altındadır və ABŞ-ın "regional dəniz nəqliyyatına qarşı təhdid və müdaxilələri" davam etdiyi müddətdə boğazın yenidən açılması mümkün olmayacaq.

SEPAH həmçinin qeyd edib ki, ABŞ-a dəstək verən ölkələr mövqelərini dəyişməyəcəkləri təqdirdə "sərt cavab"la üzləşə bilərlər.

Açıqlamada İranın bölgədəki təhlükəsizlik məsələlərinə münasibətinin dəyişmədiyi vurğulanaraq, ABŞ və müttəfiqlərinə qarşı xəbərdarlıq mesajı verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ