Trampdan İrana xəbərdarlıq: Onlardan düzgün cavab almalıyıq!


ABŞ prezidenti Donald Tramp İranla bağlı danışıqlarda Vaşinqtonun düzgün cavab gözlədiyini bildirib və xəbərdarlıq edib ki, əks halda hadisələr çox sürətlə inkişaf edə bilər.

Turkustan.az xəbər verir ki, Tramp Konnektikut ştatında keçirilən məzun mərasimindən sonra Vaşinqtona qayıdarkən hava limanında jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.

İranla bağlı vəziyyəti “son dərəcə təhlükəli” adlandıran ABŞ prezidenti deyib:

“Əgər razılığa nail olsaq, çoxlu vaxt, enerji və ən əsası insan həyatı xilas olunacaq.”

O əlavə edib ki, ABŞ İran tərəfdən “tamamilə düzgün və dəqiq cavab” gözləyir:

“Onlardan düzgün cavab, yüz faiz dəqiq cavab almalıyıq. Əks halda hadisələr çox tez inkişaf edə bilər.”

Tramp çıxışında hazırkı İran rəsmilərinin əvvəlki rəhbərlərlə müqayisədə daha “rasional” və “məqbul” davrandıqlarını da qeyd edib:

“Biz çox yaxşı insanlarla işləyirik. Onlar istedadlı və ağıllıdırlar. Ümid edirəm ki, hər kəs üçün yaxşı olacaq bir razılıq əldə olunacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ