Ermənistan sərhədçiləri oraya yerləşdirilib, plan var – Paşinyan


“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya prosesi yaxın vaxtlarda davam etdiriləcək”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.

Paşinyan bildirib ki, indiyədək sərhəd xəttinin təxminən 12 kilometrlik hissəsi dəqiqləşdirilib və həmin ərazilərdə Ermənistan sərhəd xidmətinin əməkdaşları fəaliyyət göstərir.

Baş nazir əlavə edib ki, sərhədin delimitasiyası və demarkasiyası prosesi növbəti mərhələdə də davam etdiriləcək, bu işlərin münasib vaxt çərçivəsində tamamlanması planlaşdırılır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ