Britaniya müttəfiqlərini Rusiyaya qarşı silahlandırmaq üçün “müdafiə bankı” yaratmağı düşünür.
Turkustan.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
Nəşrin məlumatına görə, bank daha aşağı faizlik kreditlərlə birgə hərbi layihələri maliyyələşdirə biləcək. Təşəbbüs Birləşmiş Krallıq, Norveç, Finlandiya, İsveç , Baltikyanı ölkələr, Danimarka, İslandiya və Niderlanda aiddir.
Burada toplanacaq pul silah istehsalı, tədarükü, Ukraynaya yardım və Rusiyanın Şimali Atlantika, Baltikyanı və Arktikada neytrallaşdırılması üçün istifadə olunacaq.
Hazırda bu ideya müzakirə mərhələsindədir.
Qeyd edək ki, Rusiya KİV və ekspertləri bunu Avropanın müharibə hazırlığı kimi dəyərləndirib. /Globalinfo.az/