Pezeşkiandan ABŞ-a vacib mesaj: İran təslim olmayacaq!


İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrail ilə davam edən gərginlik fonunda çıxış edərək ölkəsinin dialoqa açıq olduğunu, lakin təzyiq və təslim olmaq tələblərini qəbul etməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Pezeşkian beynəlxalq sistemdə “ikili standartların” tətbiq olunduğunu iddia edərək, İrana qarşı hücumların qanunsuz olduğunu vurğulayıb.

O qeyd edib: “İran müharibə və qeyri-sabitlik axtarmır. Biz hər zaman dialoqa hazırıq, lakin ölkəmizi təslim olmağa məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur.”

Prezident həmçinin mülki şəxslərin hədəfə alındığını bildirərək beynəlxalq hüququn pozulduğunu iddia edib.

Bəyanat regionda gərginliyin artması və mümkün danışıqlar prosesinə dair müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ