Türkiyəli professor Trampın ilginc vərdişini açıqladı – Hər kəs təəccüb içində


ABŞ Prezidenti Donald Tramp tez-tez dietik kola sifariş edirmiş.

Turkustan.az xəbər verir ki, bu barədə türkiyəli professor Mehmet Öz danışıb.

O, Ağ Evdəki görüşlər zamanı bunu müşahidə etdiyini bildirib.

“Pəhriz kolası mənim üçün faydalıdır. Onu otun üzərinə tökəndə otu öldürür, ona görə də bədəndəki xərçəng hüceyrələrini də öldürməlidir”, – deyə D.Tramp türkiyəli professora deyib.

Mehmet Öz “Air Force One” təyyarəsində Trampı “Fanta” içərkən gördüyünü də vurğulayıb.

Sözügedən məsələ ümumiyyətlə, dünyada da maraqla qarşılanıb. Əksəriyyət Trampın kolanı faydalı içki kimi təqdim etməsini təəccüblə qarşılayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ