İran ABŞ-ın təklifinə cavabını Pakistana çatdırdığını açıqladı.
Turkustan.az xəbər verir ki, İran Pakistana atəşkəs təklifini rədd etdiyini və davamlı bir razılaşma istədiyini bildirən 10 maddəlik sənəd göndərdi.
İranın rəsmi xəbər agentliyi IRNA İranın atəşkəs təklifini rədd etdiyini və davamlı sülh istədiyini açıqladı.
İRNA agentliyi İranın cavabının vasitəçi ölkə Pakistana çatdırıldığını və İranın əks təklifinin 10 bənddən ibarət olduğunu, o cümlədən hərbi əməliyyatların dərhal dayandırılması, Hörmüz boğazından təhlükəsiz keçid üçün protokolun imzalanması, İrana tətbiq edilən sanksiyaların ləğvi və müharibədən viran qalan İranın yenidən qurulmasını bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az