Müharibə 38-ci gününə qədəm qoyarkən və qarşılıqlı hücumlar davam edərkən ABŞ və İsrailin İranın Fars əyalətindəki Şirazdakı Neft-Kimya Kompleksini hədəf aldığı bildirildi.
Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin Şirazın Mərvdəşt rayonunun qubernatoruna istinadən verdiyi məlumata görə, ABŞ və İsrail qüvvələri İranın cənubundakı Aseluyə neft-kimya zavoduna hücumdan sonra Şirazdakı neft-kimya kompleksinə hücum edib. Hücum nəticəsində obyektin kiçik bir hissəsinə kiçik ziyan dəydiyi bildirilir.
Daha əvvəl ABŞ və İsrailin İranın cənubundakı Aseluyə bölgəsindəki Pars Xüsusi İqtisadi Zonasına hücum etdiyi və neft-kimya istehsal müəssisələrinə ziyan vurduğu bildirilmişdi.
Aytən Yaşar/ Turkustan.az