Macarıstan Ukraynanın “Türk Axını” qaz kəmərinə mümkün hücumu barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, bu barədə hökumət aparatının rəhbəri Gergeli Qulyas danışıb.
“Əgər “Türk Axını” boru kəmərinə hücum Türkiyə ərazisində həyata keçirilərsə, bu, NATO ölkəsinə hücum kimi qiymətləndiriləcək”, – deyə rəsmi bildirib.
O, Avropa ölkələrinin Ukraynanın bu infrastruktur obyektinə zərbə endirməyə hazır olduğuna şübhə etməməli olduğunu vurğulayıb.
Macarıstan Baş naziri Viktor Orbanın sözlərinə görə isə, hücum halında Avropa ölkələrinin enerji təhlükəsizliyi təhlükə altında olacaq.
Qeyd edək ki, martın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın “Mavi Axın” və “Türk Axını” qaz kəmərlərini partlatmağı planlaşdırdığını açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putin də bir gün əvvəl bu barədə xəbərdarlıq etmişdi. Dövlət başçısı bildirmişdi ki, Moskva artıq Ankaranı mümkün təhlükə barədə məlumatlandırıb./Globalinfo.az