Jirinovskinin dəhşətli proqnozu: III Dünya Müharibəsi başlayacaq, bir ölkə məhv olacaq – TARİX


Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin Üçüncü Dünya müharibəsi haqda proqnozu ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Dmitri Smirnov məlumat paylaşıb.

O bildirib ki, Jirinovski 6 il əvvəl Üçüncü Dünya müharibəsinin 2027-ci ildə başlaya biləcəyini proqnozlaşdırmışdı.

“ABŞ dünya siyasətində mövqelərini tədricən itirir, Avropa isə artıq zəifləyib və nəsə əldə etmək üçün son şansı qalıb. Çin isə dünya səhnəsində hegemon olmağa ehtiyatla yanaşır”, – deyə LDPR qurucusu çıxışında deyib.

Jirinovski qeyd edib ki, mümkün münaqişə qlobal nüvə müharibəsi deyil, lokal müharibə xarakteri daşıyacaq.

Onun sözlərinə görə, bu qarşıdurmada nüvə silahından da güclü ola biləcək “hiper silah”dan istifadə ehtimalı var.

Jirinovski ən güclü raketin haradan buraxılacağını dəqiqləşdirməsə də, Cənubi Avropada yerləşən kiçik ölkələrdən birinin tamamilə məhv ola biləcəyini iddia edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ