“Köməyinə ehtiyac duyduğumuz sonuncu şəxs Zelenskidir” - Tramp


“Yaxın Şərqdəki münaqişə zamanı İran dronlarından müdafiə olunmaq üçün ABŞ-ın heç kimin, o cümlədən Ukraynanın köməyinə ehtiyacı yoxdur”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə bildirib.

"Bizə köməyə ehtiyac yoxdur. Bizim köməyinə ehtiyac duyduğumuz sonuncu şəxs Zelenskidir", deyə Ağ Evin sahibi vurğulayıb.

Bununla belə, Amerika lideri ABŞ-ın Ukrayna əleyhinə dron texnologiyalarından istifadəsinin mümkünlüyü barədə suala şərh verməkdən yayınıb. /Bizim.Media


MANŞET XƏBƏRLƏRİ