Tramp: Tezliklə Hörmüz boğazını açacağıq


ABŞ prezidenti Donald Tramp İranla müharibəsində çox vacib olan və enerji nəqli üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazı ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Donald Tramp deyib: "Gec-tez Hörmüz boğazını açacağıq".

"Ümid edirəm ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Birləşmiş Krallıq və digər ölkələr Hörmüz boğazının artıq təhlükə olmaması üçün bölgəyə gəmilər göndərəcəklər", - deyə Tramp bildirib və əlavə edib ki, bir çox ölkə Hörmüz boğazını açıq saxlamaq üçün bölgəyə gəmilər göndərməkdə ABŞ ilə əməkdaşlıq edəcək.

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının təhlükəsizliyinin "oradan neft tədarük edən ölkələr tərəfindən" təmin edilməli olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ