İran müharibədə tək deyil! Müctəba Xamenei 3 müttəfiq ölkənin adını çəkdi


İranın yeni seçilmiş lideri Müctəba Xamenei ilk açıqlamasını verdi.

Turkustan.az xəbər verir ki, İranın ABŞ və İsrailə qarşı mübarizəsində tək olmadığını bildirən Xamenei, Yəmən , Livandakı Hizbullah və İraqdakı müqavimət qruplarına ayrı-ayrılıqda təşəkkür etdi.

Xameneyi çıxışında Müqavimət Cəbhəsini İranın ən vacib müttəfiqləri arasında hesab etdiklərini bildirib və əlavə edib ki, bu struktur İslam İnqilabının fundamental dəyərlərindən biridir. Xameneyi Müqavimət Cəbhəsi ilə əlaqəli elementlər arasında həmrəyliyin İsrailə qarşı mübarizədə həlledici rol oynadığını vurğulayıb.

Xamenei bildirib ki, "Müqavimət Cəbhəsinin döyüşçülərinə səmimi təşəkkürümü bildirirəm. Biz Müqavimət Cəbhəsi ölkələrini ən yaxşı dostlarımız hesab edirik. Bu Cəbhə və onun işi İslam İnqilabının dəyərlərinin ayrılmaz hissəsidir".

Xameneyi Yəmənin Qəzza xalqını dəstəkləməyə davam etdiyini, Hizbullahın bütün maneələrə baxmayaraq İranın yanında olduğunu və İraqdakı müqavimət qruplarının da eyni yolu izlədiyini bildirib. Xameneyi bu həmrəyliyin bölgədəki güc balansına təsir etdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ